Braziliyada anomal istilər davam edir
19 Mart 2024 10:10 DünyaBraziliyanın paytaxtı Rio-de Janeyroda havanın temperaturu 42 dərəcəyə çatır. Lakin hiss edilən temperatur 62,3 dərəcə selsidir.
Olaylar xəbər verir ki, dövlət qurumları əhalini gündüz saatlarında maksimum az hərəkət etməyə çağırıb. Meteorologiya xidməti isə yaxın günlərdə yağış mövsümünün başlayacağı ilə bağlı xəbərdarlıq edib. İki ay davam edən şiddətli istilərdən sonra ölkənin əksər ərazilərinə böyük həcmdə yağıntının düşməsi, havaların kəskin soyuması gözlənilir.
Ekspertlər hesab edirlər ki, temperatur anomaliyalarının başlıca səbəbi ağacların kütləvi şəkildə qırılmasıdır. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31