Türkiyə XİN rəhbəri:Şərtlər imkan verərsə, hər şey 2025-ci ildə başa çatacaq- ÖZƏL
19 Mart 2024 10:06 Dünya"2024-cü ildə Ukrayna münaqişəsini həll etmək mümkün olmayacaq".
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib:
"Münaqişənin digər bölgələrə, Şərqi Avropaya, Mərkəzi Avropaya yayılması təhlükəsi var. Nüvə silahından söhbət gedir",-deyə, diplomat bildirib.
Hakan Fidan vurğulayıb ki, Avropada bir sıra siyasətçilər riskləri dərk etməyə başlayırlar:
"Ancaq bu il münaqişənin sona çatacağına ümid bəsləməməlisiniz, bunun üçün indi əsas yoxdur. 2025-ci ilə gəlincə, gələn il hansı şərtlərin olacağına baxmaq lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31