“Bu gün Kiyevə 5 milyard avronun ayrılması təsdiqlənəcək”
18 Mart 2024 17:50 DünyaMartın 18-də Aİ ölkələrinin XİN başçıları Avropa Fondu vasitəsilə Kiyevə 5 milyard avro məbləğində yeni hərbi yardımın ayrılmasını təsdiq edəcəklər.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.
"Bizimlə videokonfrans vasitəsilə iki mühüm qonağımız olacaq - ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken və Ukrayna xarici işlər naziri Dmitri Kuleba. Uzun həftələrdir müzakirə etdiyimiz qərarı - Avropa Sülh Fondunun Ukraynaya 5 milyard avro hərbi yardım ayrılmasını, nəhayət, təsdiq edəcəyimizi gözləyirəm. Bu gün nazirlər Ukraynaya hərbi yardımımızın artırılmasına yekun razılıq verəcəklər", - Borrell əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31