Zaxarova: Almaniyada seçki sistemi demokratik deyil- ÖZƏL
18 Mart 2024 16:38 Dünya"Almaniya Federativ Respublikasının hakimiyyəti, ölkəsində liderin birbaşa seçilməsi ilə demokratik bir seçki sisteminin nə vaxt olacağını aydınlaşdırmalıdır".
Olaylar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın Rusiyada prezident seçkilərini qanuni saymaqdan imtina etməsini şərh edərkən bildirib:
"Onlarla dəqiqləşdirin ki, Almaniya öz seçki sistemini həqiqətən demokratik etmək, xalqın birbaşa lider seçməsini nəzərdə tutmaq niyyətindədir?",- deyə diplomat, müraciətində bildiririb.
Mariya Zaxarova Almaniya XİN-in Rusiyada "azad olmayan" seçkilər barədə bəyanatını şərh edib. Siyasətçi nümayəndəyə ardıcıl dörd dəfə eyni lideri seçməyin nə qədər dürüst olduğunu aydınlaşdıraraq, Rusiyada ölkə başçılarının heç vaxt bu şəkildə seçilmədiyini qeyd edib.