Şimali Atlantika Alyansının bayrağı İsveçdə "NATO yoxdur" qışqırığı altında qaldırılıb-* ÖZƏL
18 Mart 2024 14:53 DünyaŞimali Atlantika Alyansının bayrağı martın 18-də Stokholmda İsveç parlamentinin binası qarşısında qaldırılıb. Mərasim "NATO yoxdur" şüarını səsləndirən insanların qışqırıqları altında baş tutdu.
Olaylar.az xəbər verir ki, bayraq qaldırılmadan əvvəl İsveç kralı XVI Karl Qustav, Baş nazir Ulf Kristersson və parlament sədri Andreas Norlen çıxış ediblər.
Kral nitqini bitirdikdən sonra iştirak edənlər "NATO yoxdur"deyə qışqırmağa başlayıblar. Baş nazir və parlament sədrinin çıxışları zamanı, bayrağın qaldırılması və dövlət himninin səsləndirilməsi zamanı bunu davam etdiriblər.
Qeyd edək ki, 7 mart 2024-cü ildə İsveç hökuməti növbədənkənar iclasda Şimali Atlantika Alyansına qoşulmaq üçün dəvəti təsdiqləyib. Bundan sonra Vaşinqtonda olan ölkənin Baş naziri Ulf Kristersson müvafiq sənədləri imzalayıb və ABŞ Dövlət Departamentinə təhvil verib.
Martın 11-də İsveç bayrağı NATO-nun Brüsseldəki qərargahında təntənəli mərasim zamanı qaldırılıb. Eyni zamanda, Norfolk və Monsdakı qərargahlarda Bayraqlar qaldırılıb.