Kral ailəsi açıqlama verəcək - ÖZƏL
18 Mart 2024 14:40 DünyaUzun müddətdir görünməyən Uels şahzadəsi Keyt Middlton dünən axşam sosial media platforması X-də trend mövzusu olub.
Olaylar.az xəbər verir ki, Middltonun uşaqları ilə çəkdirdiyi şəkli düzəltdiyini etiraf edərək üzr istəməsindən sonra kral ailəsindən dəstək almaması Middletonun tək qaldığı iddialarını gündəmə gətirsə də, kral şərhçisi Daniela Elser Şahzadə Uilyam və Keytin ayrılmış ola biləcəyini irəli sürüb.
Digər tərəfdən, İngiltərə mərkəzli BBC-nin dünən axşam loqosunu qara rəngə dəyişdirdiyi və İngiltərə kral ailəsindən "böyük açıqlama" gözlənildiyi iddia edilib. Açıqlamanın Kate Middletonla bağlı olduğu təxmin edilsə də, sosial mediada Keytin ölə biləcəyinə dair çoxlu yazılar yer alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31