Azərbaycanda bu nazirliyin xidməti avtomobillərinin sayı kəskin AZALDILDI
13 Mart 2024 12:35 SosialBaş nazir Əli Əsədov "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
Olaylar.az xəbər verir ki, Qərarla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xidməti minik avtomobillərinin say həddi 23-dən 10-a endirilib.
Həmçinin, nazirliyin ərazi və yerli bölmələri üzrə mövcud 13 xidməti avtomobil ləğv edilib.
Eyni zamanda, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin balansındakı avtomobillərin sayı 2-dən 3-ə qaldırılıb.Bakupost.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31