Azərbaycan və Pakistan aqrar sahədə Anlaşma Memorandumunun imzalanmasına dair razılığa gəliblər

Azərbaycan və Pakistan aqrar sahədə Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəliblər.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" hesabında paylaşım edib.

"Pakistan İslam Respublikasının Pəncab əyalətinin baş nazirinin müavini xanım Məryəm Aurangzeb və Kənd təsərrüfatı və Heyvandarlıq naziri cənab Syed Ashiq Hussain Kirmanini qəbul etməkdən məmnunluq duydum. Görüş zamanı Pəncab əyalətinin suvarma suyu şəbəkələrinin qurulmasında əldə etdiyi nailiyyətlər, dəqiq
kənd təsərrüfatı, balıqçılıq, kənd təsərrüfatında dəyər zəncirinin qurulması və birgə elmi-tədqiqat işlərinin aparılması kimi mövzuları müzakirə etdik.

Müzakirələr zamanı iki nazirlik arasında Anlaşma Memorandumunun imzalanması, biznes subyektləri arasında əlaqələrin qurulması və qarşılıqlı investisiya imkanlarının araşdırılmasında razılığa gəldi", - paylaşımda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31