Zabux kəndində su anbarı bu il istifadəyə veriləcək
13 Mart 2024 11:19 SosialBu il Laçın rayonunun Zabux kəndində su anbarının tikilib təhvil verilməsi gözlənilir.
Olaylar xəbər verir ki, bunu Bakıda Beynəlxalq Su Təsərrüfat Sərgi və Konfransı - "Baku Water Week" sərgisinə həsr olunmuş konfransda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.
O bildirib ki, Azərbaycanda 20-yə yaxın kanalın bərpa olunması nəzərdə tutulub.
"Hazırda onlardan 6-sının bərpa olunması istiqamətində işlər davam edir, 2-də işlər artıq başlama üzrədir, 12-də isə hazırlıq işləri bitmək üzrədir", - deyə o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31