Macarıstanın baş diplomatı Rosatom rəhbəri ilə Paks-2 AES-in tikintisini müzakirə edəcək - ÖZƏL
12 Mart 2024 11:08 DünyaOlaylar.az xəbər veriri ki, Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijarto Budapeştdə Rusiyanın "Rosatom" nüvə korporasiyasının rəhbəri Aleksey Lixaçevlə görüşəcək.
Szijarto və Lixaçev Macarıstanda Paks-2 atom elektrik stansiyasının (AES) tikintisini müzakirə etməyə hazırlaşırlar.
Sovet texnologiyaları ilə tikilmiş və Rusiya nüvə yanacağından istifadə edən Paks AES Macarıstanda istehsal olunan bütün elektrik enerjisinin yarısını və istehlak olunan elektrik enerjisinin üçdə birini təmin edir. Hazırda Budapeştdən təqribən 100 kilometr cənubda Dunay çayının sahilində tikilmiş stansiyada VVER-440 reaktorlu dörd enerji bloku işləyir.
Hazırda Rosatom tərəfindən layihələndirilən iki yeni enerji blokunun tikintisinə hazırlıq gedir. Eyni zamanda, Rosatom layihəsinin ikinci mərhələsi çərçivəsində obyektlərin tikintisinə hazırlıq gedir.