Rusiya İsrailin Qəzza zolağında beynəlxalq hüquq pozuntularını pisləyir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Mariya Zabolotskaya bildirib ki, Rusiya İsrail hakimiyyətinin Qəzza zolağında dinc əhaliyə qarşı həyata keçirdiyi beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyir.
"Qətiyyətlə pislədiyimiz 7 oktyabr zorakılığından sonra cinayətlər spiralı həqiqətən fəlakətli miqyas aldı. Biz humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun kobud və sistematik şəkildə pozulmasını, İsrailin Qəzza zolağında mülki əhaliyə qarşı törətdiyi cinayətləri qətiyyətlə pisləyirik" - o, BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib.
Zaobolotskaya qeyd edib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri anklavda həlak olan 30 min nəfərin əksəriyyəti qadınlar və uşaqlardır. O vurğulayıb ki, zorakılığın dayandırılması üçün Qəzza zolağında dərhal atəşkəs rejiminə nail olmaq lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31