İranda silahlı insident: polis zabiti öldürüldü
12 Mart 2024 11:02 DünyaÖtən gecə İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Mehristan rayonunda silahlı insident baş verib.
Olaylar.az-ın məlumatına görə, bu barədə İranın Sistan və Bəluçestan Polis İdarəsi məlumat yayıb.
Polis tərəfindən izlənilən şübhəli 2 avtomobilin sərnişinləri polislərə atəş açıblar. Nəticədə polis zabiti Hüseyn Şeybək öldürülüb.
Narkotik qaçaqmalçıları hadisə yerindən qaçıblar. Silahlı insidentdə qaçaqmalçıların bir avtomobili yanıb. Digər avtomobilə baxış keçirilib və 500 kiloqram narkotik maddə aşkarlanıb.
Narkotik qaçaqmalçıların tapılması üçün axtarış əməliyyat tədbirləri davam etdirilir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31