Mollanın uşağa süd verən ananı çəkməsi İranı qarışdırır
12 Mart 2024 11:01 Dünyaİranın Qum şəhərində polis və təhlükəsizlik qüvvələri hazır vəziyyətə gətirilib.
Olaylar.az xəbər verir ki, bu barədə "İran İnternational" yerli mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Qumda din xadiminin tibb mərkəzində qadın və onun xəstə uşağını gizli şəkildə lentə alması səbəbindən etirazların artması rejimi tədbir almağa sövq edib.
Hadisə ictimaiyyətin sərt reaksiyasına səbəb olduğu üçün hakimiyyət ümumi etirazların başlanmasından ehtiyatlanıb.
"Yerli mənbələr təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin sayının artırıldığını və şəhərdə nəzarətin sərtləşdirildiyini bildirirlər", - məlumatda qeyd edilib. (Axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31