Rusiyada Koreya vətəndaşı həbs edilib - İLK DƏFƏ
12 Mart 2024 10:55 DünyaRusiya tarixində ilk dəfə olaraq Koreya vətəndaşı casusluqla bağlı cinayət işi çərçivəsində saxlanılıb.
Olaylar bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Vladivostokda saxlanılan Koreya vətəndaşı istintaq tədbirlərinin keçirilməsi üçün Moskvaya aparılıb.
Qeyd olunub ki, sözügedən Koreya vətəndaşı dövlət sirri təşkil edən məlumatları xarici xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunur. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31