Həkim İsakova: Ürək xəstəliyi olan xəstələrin 10%-i diş ağrısı hiss edir- ÖZƏL

"Diş ağrısı ürək-damar xəstəliklərini göstərə bilər, təxminən on xəstədən biri belə ağrı yaşayır". 

Olaylar.az xəbər verir ki, bu fikirləri onkoloq Suna İsakova qeyd edib:

"Ürək-damar xəstəliyi olan xəstələrin təxminən 10%-də diş ağrısı ola bilər və bunun diş patologiyası olduğunu düşünür. Lakin belə ağrılar ağrı impulsunun sinir liflərindən keçməsi səbəbindən baş verə bilər",-deyə o, izah edib. 

O, əlavə olaraq qeyd edib ki, fiziki gücdən sonra ağrılar yarana bilər. Davamlı ağrılar halında mütləq bir mütəxəssisə müraciət etməlisiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31