Fransa polisi fermerlərə qarşı gözyaşardıcı qaz tətbiq edib

Fransanın Bordo şəhərində fermerlərin növbəti etiraz aksiyası keçirilib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhər şurasının iclası zamanı fermerlər Bordonun mərkəzində traktorlarla keçid ediblər.

Onlar hotelin və bələdiyyənin qarşısına peyin və işlənmiş şinlər boşaldıblar. Şəhərin mərkəzində nəqliyyatın hərəkətində fasilə yaranıb.

Polis aksiyaçıların şəhər şurasının binasına daxil olmasına mane olub. Etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edilib. Saxlananlar barədə dəqiq məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31