Makron Fransada evtanaziyaya icazə verən qanun layihəsini anons edib

Fransa prezidenti Emmanuel Makron evtanaziyaya icazə verən qanun layihəsini anons edib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qanun layihəsinin 8-9 gün ərzində Dövlət Şurasına təqdim olunacağını bildirib.

Sənədin aprel ayında Nazirlər Şurasına, may ayında ilk oxunuş üçün isə Milli Assambleyaya təqdim olunacağı qeyd edilib. Ümumilikdə qanun layihəsinin nəzərdən keçirilməsi 1 ildən çox çəkəcək.

Vurğulanıb ki, Fransa ictimaiyyətində qıcıq yaratmamaq üçün sənədin adında evtanaziya terminindən istifadə olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31