Süni intellekt videoları ilə real görüntüləri ayırd edə bilmədilər- ÖZƏL
11 Mart 2024 19:32 DünyaABŞ-da aparılan sorğu iştirakçıların təbii çəkilmiş görüntülərlə yazılı əmrlərlə videolar hazırlayan süni intellekt modeli Sora arasındakı fərqi ayırd etməkdə çətinlik çəkdiklərini ortaya çıxarıb.
Olaylar.az xəbər verir ki, bununla bağlı "HarrisX" şirkətinin sorğu keçirib. Sorğuya əsasən insanların çoxu OpenAI tərəfindən hazırlanmış Sora ilə yaradılmış videoları real həyatda çəkilmiş videolardan ayırmaqda çətinlik çəkir.
Sorğuda 1000-dən çox yetkin iştirakçıdan Sora ilə yaradılmış real və təsadüfi seçilmiş real videolardan hansının süni intellekt tərəfindən istehsal edildiyi, hansının real olduğu soruşulub. İştirakçıların əksəriyyətinin ümumilikdə 8 təsvirdən 5-nin mənbəyini müəyyən etməkdə çətinlik çəkdiyi müşahidə edilib. İştirakçıların 60 faizi ABŞ-ın Kaliforniya ştatının Big Sur şəhərindəki Garay Point çimərliyi boyunca möhkəm qayalara çırpılan dalğaların Sora tərəfindən yaradılmış dron görüntüsünün süni intellekt tərəfindən hazırlandığını düzgün müəyyən edə bilməyib.