NATO-nun baş qərargahında İsveç bayrağı qaldırıldı

İsveç bayrağı NATO-nun Brüsseldəki baş qərargahında qaldırılıb.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Rəsmi mərasimdə NATO baş katibi Yens Stoltenberq və İsveç hökumətinin rəsmiləri iştirak edib.

Qeyd edək ki, İsveçin NATO-ya üzv olması barədə protokol martın 7-də rəsmi olaraq qüvvəyə minib, ölkə NATO-nun 32-ci üzvü olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31