Sabah Rusiya, Çin və İran hərbi-dəniz təlimlərinə başlayacaq
11 Mart 2024 16:01 DünyaMartın 12-də Rusiya, Çin və İran hərbi-dəniz təlimləri başlayacaq.
Olaylar xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, "Dəniz təhlükəsizlik kəməri 2024" adlı hərbi-dəniz təlimləri Hind okeanının şimal hissəsində keçiriləcək.
Təlimlərdə, həmçinin, Azərbaycan, Qazaxıstan, Oman, Pakistan və Cənubi Afrika Respublikasının (CAR) silahlı qüvvələri iştirak edəcək.
Qeyd olunub ki, təlimlərin keçirilməsində məqsəd regionda təhlükəsizliyin möhkəmləndirilməsi, beynəlxalq dəniz ticarətinin mühafizəsi, piratlıq və terrorizmlə mübarizə, dəniz əməliyyatlarının keçirilməsi sahəsində operativ və taktiki təcrübənin mübadiləsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31