Ukraynanın liman infrastrukturunun təmiri bir ildən çox çəkə bilər - ÖZƏL
11 Mart 2024 15:13 DünyaUkrayna Qara dəniz limanlarında bəzi terminalları bərpa edə bilməyib və zədələnmiş infrastrukturun təmiri 15 aya qədər çəkə bilər.
Olaylar.az xəbər verir ki, bunu Ukraynanın icmalar, ərazilər və infrastrukturun inkişafı üzrə naziri Aleksandr Kubrakov bildirib.
"Liman infrastrukturu müntəzəm olaraq məhv edilir. Bütün terminallar bərpa olunmayıb. Bəzi mürəkkəb terminallar və mürəkkəb mexanizmlər var ki, onları yaxınlıqdakı tikinti supermarketindən almaq və ya asanlıqla dəyişdirmək mümkün deyil", - Kubrakov, deyib.
Onun sözlərinə görə, bütün bunlar avadanlığın alınması və təmirin aparılması üçün illərlə olmasa, ən azı on-15 ay vaxt lazımdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31