Moskvada ev yanıb: bir ailənin üç üzvü ölüb

Moskvada ikimərtəbəli taxta evdə baş verən yanğın nəticəsində bir ailənin üç üzvü həlak olub.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi "Telegram" kanalında məlumat paylaşılıb.

Məlumata görə, 100 kvadrat metr sahəni əhatə edən yanğının söndürülməsinə 30 mütəxəssis və altı ədəd texnika cəlb olunub. Yanğın operativ şəkildə söndürülüb.

Cəsədlərin yanğın söndürüldükdən sonra evin dağıntılarının altında aşkarlandığı qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31