Ukrayna münaqişəsinin gərginləşməsi heç kimin maraqlarına cavab vermir - ÖZƏL

Ukrayna böhranının daha da gərginləşməsi beynəlxalq ictimaiyyətin maraqlarına uyğun gəlmir.

Olaylar.az xəbər verir ki, bunu Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Berlində keçirilən görüşdə Almaniya Federal Xarici İşlər Nazirliyinin dövlət katibi Tomas Baggerə bildirib.

"Münaqişə və qarşıdurma daha da gərginləşmə riski daşıyır və beynəlxalq ictimaiyyətin, o cümlədən Çin və Almaniyanın ümumi maraqlarına cavab vermir", - deyə Çin Xarici İşlər Nazirliyi Li-nin sözlərindən sitat gətirib. 

"Çin tezliklə atəşkəsə zəmin yaratmaq və hərbi əməliyyatlara son qoymaq üçün bütün tərəflərin bərabər şəkildə iştirakını nəzərə alaraq vaxtında Almaniya ilə birlikdə sülh konfransının çağırılması ideyasını dəstəkləməyə hazırdır" - Çin diplomatı əlavə edib.
O, Baggerə ötən həftə Rusiya, Ukrayna və Avropa ölkələri arasında konsensusun əldə edilməsi istiqamətində apardığı vasitəçilik haqqında danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31