Qəzza zolağında gərginliyin artmasından sonra İsrail ordusu 589 hərbçisini itirib - ÖZƏL
11 Mart 2024 11:38 Dünyaİsrail Müdafiə Qüvvələri (IDF) 2023-cü il oktyabrın 7-də gərginliyin artmasından bəri radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlərdə 589 hərbçi itirib.
Olaylar.az xəbər verir ki, bu məlumatı ordunun mətbuat xidməti bildirib.
Son məlumatlara görə, Qəzza zolağının cənubunda daha bir İsrail hərbçisi həlak olub. Belə ki, anklavda quru əməliyyatı başlayandan indiyədək İDF 249 hərbçisini itirib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağında yerləşən radikal Fələstin HƏMAS hərəkatının yaraqlılarının Qəzzadan İsrail ərazisinə qəfil hücum etməsi, İsrailin sərhəd qəsəbələrinin sakinlərini öldürməsi və qadınlar da daxil olmaqla 240-dan çox insanı girov götürməsi Yaxın Şərqdə gərginlik yenidən alovlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31