Asif Əli Zərdari yenidən Pakistan prezidenti seçilib

Baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi koalisiyanın namizədi Asif Əli Zərdari növbəti dəfə ölkə prezidenti seçilib.

Olaylar.az-ın məlumatına görə, Asif Əli Zərdari Pakistan parlamentinin hər iki palatasında və ölkənin 4 vilayətinin qanunverici orqanında keçirilən seçkidə 411 səs toplayaraq qalib olub. Onun rəqibi - sabiq Baş nazir İmran Xanın tərəfdarlarının dəstəklədiyi Mahmud Xan Açakzay cəmi 181 səs yığa bilib.

Baş nazir Şahbaz Şərif qələbə münasibətilə Asif Əli Zərdarini təbrik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31