“Bitcoin”in qiyməti 70 min dollara yüksəldi
9 Mart 2024 13:15 DünyaMartın 8-də "Bitcoin" kriptovalyutasının qiyməti rekord müəyyən edərək 70 min dollara çatıb.
Olaylar.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞp-nin Qiymətli Kağızlar və Birja Komissiyası yanvarın sonunda 11 "Bitcoin spot" fondunu təsdiqlədikdən sonra investorlar kriptovalyutalara daha çox maraq göstərməyə başlayıblar.
Martın 5-də "Bitcoin" kriptovalyutasının kapitallaşması 1,35 trilyon dollara yüksəlib.
Agentliyin məlumatına görə, kapitallaşmanın artmasına ABŞ-də yeni spot birja fondlarının (ETF) "Bitcoin"ə artan tələbatı səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31