Ukrayna rəsmisi Qərb ölkələrinin ölkəyə silahlı qüvvələr göndərə biləcəyini istisna etməyib
9 Mart 2024 12:00 DünyaUkrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Qərbin Ukraynaya təkcə silahla deyil, həm də qoşunlarla kömək etməyə başlayacağını istisna etməyib.
Olaylar.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Danilov bu barədə yerli televiziya kanallarından birinin efirində deyib.
"Bu və ya digər ölkələr müvafiq qərar qəbul edərsə, onların bu və ya digər hərbi hissələrinin ərazimizə gələcəyini istisna etmirik", - o deyib.
Danilov eyni zamanda Ukraynaya xarici hərbçilərin göndərilməsinin çox həssas məsələ olduğunu və heç də hər zaman ictimailəşdirilə bilməyəcəyini qeyd edib.
O, Ukraynanın hazırda qərbli tərəfdaşlarından ilk növbədə vaxtında silah tədarükünü gözlədiyini əlavə edib
Xatırladaq ki, bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron Aİ ölkələri tərəfindən Ukraynaya silahlı qüvvələr göndərilməsi ehtimalını istisna etməyib.
Martın 4-də Çexiyanın "Novinky" portalına və "Právo" qəzetinə müsahibəsində isə Makron Fransanın Ukraynaya yaxın gələcəkdə qoşun göndərməyi planlaşdırmadığını deyib.