ABŞ Yəməndə husilərin iki raketinə zərbə endirib
9 Mart 2024 10:55 DünyaABŞ hərbçiləri Yəmən ərazisində "Ənsar Allah" hərəkatının iki gəmi əleyhinə raketinə zərbə endirib.
Olaylar xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, gəmi əleyhinə raketlər yük maşınlarına montaj edilib.
Bundan başqa, CENTCOM bildirib ki, husilərin Sinqapura məxsus "Propel Fortune" adlı quru yük gəmisi istiqamətində iki gəmi əleyhinə raket buraxıb, lakin raketlər hədəfə çatmayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31