Azərbaycan əhalisinin sayı açıqlandı
15 Dekabr 2023 13:33 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il noyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10172823 nəfər təşkil edib.
Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31