Suraxanıda növbəti qanvermə aksiyası keçirilib- ÖZƏL
13:09 SosialSuraxanıda növbəti qanvermə aksiyası keçirilib. Məzahir Bayramov adına 196 nömrəli tam ümumtəhsil orta məktəbin kollektivi növbəti qanvermə aksiyasında iştrak edib. "Olaylar" xəbər veir ki, aprelin 14-də Səhiyyə Nazirliyi Respublika Qan Bankının təşəbbüsü, Suraxanı Rayon İcra Hakimiyyəti və Suraxanı Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti dəfə könüllü qanvermə aksiyası keçirilib.
Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə Suraxanı Tibb Mərkəzində təşkil olunan aksiyada Respublika Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirib.
400-dən artıq rayon sakinlərinin cəlb olunduğu qanvermə aksiyasında 150-dən çox donordan qan götürülüb.