Beyləqanda uşaq bağçası yandı
15 Dekabr 2023 12:59 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Beyləqanda uşaq bağçasında yanğın olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Beyləqan şəhərində ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsi və 4 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (17-si uşaq olmaqla) təhlükəsiz əraziyə təxliyə olunub.
Bağça yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31