Daha bir ölkə ilə bu şəxslər üçün viza tələbi aradan qaldırılır
21 Noyabr 2023 16:40 SiyasətAzərbaycan daha bir ölkə ilə viza tələbinin aradan qaldırılması üçün sazişi təsdiq edib.
Olaylar.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31