BMT Təhlükəsizlik Şurası təcili toplanır

BMT Təhlükəsizlik Şurası Qəzza zolağında baş verən son hadisələri və vəziyyəti müzakirə etmək üçün bu gün fövqəladə iclas keçirəcək.

Olaylar.az bildirir ki, görüşün təşəbbüskarları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çin olub.

"Qəzzada vəziyyətin pisləşməsi, Əl-Şifa xəstəxanasına hücum, Cəbəliyə qaçqın düşərgəsinə təkrar hücumlar fonunda BƏƏ və Çin noyabrın 6-da qapalı məsləhətləşmələr keçirməyə çağırıblar", - deyə BƏƏ-nin BMT Təhlükəsizlik missiyasının məlumatında bildirilir. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31