Köçəryanın oğluna deputat mandatı verildi
6 Noyabr 2023 16:11 DünyaErmənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryana ölkənin Mərkəzi Seçki Komissiyasının qərarı ilə deputat mandatı verilib.
Olaylar.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Xatırladaq ki, Levon 25 sentyabrda 1 ay müddətinə həbs edilib. Köçəryanın oğlu ölkənin hazırki Baş naziri Nikol Paşinyanın əleyhinə paytaxt İrəvanda keçirilən etiraz aksiyalarında iştirak edən zaman saxlanılıb.
Onun barəsində dörd polis əməkdaşını döymək barədə ittiham irəli sürülüb. Ötən ay isə onun həbs müddətinin 2 ay uzadılması ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə vəsatəti təmin edib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31