ABŞ-ın İraq və Suriyadakı üç bazası pilotsuz təyyarələrin hücumuna məruz qalıb – ÖZƏL

İraq və Suriyada ABŞ hərbçilərinin yerləşdiyi üç hərbi baza pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

Olaylar.az xəbər verir ki, İraqın Əl-Ənbar əyalətindəki Ayn əl-Əsəd bazası iki dəfə pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Suriya ilə sərhəddə yerləşən Əl-Tanf şəhərində ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyasına məxsus obyektə növbəti pilotsuz təyyarə hücumu həyata keçirilib.
Mənbələr həmçinin İraqda İslami Müqavimət hərəkatının şiə silahlı birləşmələrinin İraq Kürdüstanının Ərbil şəhərinin şimalındakı bazanı atəşə tutduğunu bildirib.
Hücumların arxasında kimin ola biləcəyi ilə bağlı heç bir məlumat yoxdur və onların nəticələri barədə ətraflı məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31