ABŞ-nin nüvə sualtı qayığı Yaxın Şərqə çatıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Yaxın Şərqə çatıb

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Məlumatda "Ohayo" sinifli sualtı qayığın ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatdığı qeyd olunub.

Qeyd edək ki, ABŞ 7 oktyabr 2023-cü il tarixindən etibarən İsrail-HƏMAS münaqişəsi çərçivəsində bölgəyə iki təyyarə daşıyan gəmi göndərib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31