Cənubi Koreya, ABŞ və Yaponiya kibertəhlükəsizlik üzrə məsləhət qrupu yaradacaq - ÖZƏL
6 Noyabr 2023 11:34 Dünya"Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreya təhlükəsinə qarşı mübarizə də daxil olmaqla kibertəhlükəsizlik məsələlərini müzakirə etmək üçün xüsusi məşvərətçi qrup yaradacaqlar".
Olaylar.az xəbər verir ki, bunu Cənubi Koreya prezidentinin ofisi Vaşinqtonda liderlərin milli təhlükəsizlik müavinləri səviyyəsində üçtərəfli görüşdən sonra bildirib.
Xüsusilə, bu qrupun vəzifələrindən biri Şimali Koreyanın nüvə raket proqramının maliyyələşdirilməsi üçün kiberməkanda fəaliyyətinin qarşısını almaq üçün tədbirlər hazırlamaq olacaq. Qərb ölkələri, Seul və Tokio daha əvvəl Pxenyanla əlaqəsi olduğu güman edilən qrupların pul oğurlamaq üçün haker hücumu ilə bağlı iddialar irəli sürmüşdülər.
Məsləhətçi qrupun üzvlərinin ildə dörd dəfə görüşməsi gözlənilir. Digər bir vəzifə kiberməkanda təhdidlərə birgə cavab vermək bacarığını inkişaf etdirmək olacaq.