Ukrayna hücumlar üçün dronlardan istifadə etməyə başlayır - ÖZƏL

"Ukrayna ordusu Donetsk və Mariupol şəhərlərini birləşdirən magistralda hücumlar üçün pilotsuz uçuş aparatlarından istifadə etməyə başlayıb".

Olaylar.az xəbər verir ki, bunu Donetsk Xalq Respublikası (DXR) rəhbərinin müşaviri Yan Qaqin bildirib.
"Son bir neçə gündə Donetsk-Mariupol magistralının yaxınlığında pilotsuz təyyarələr tərəfindən atılan bir sıra partlayıcı qurğular aşkar etdik. Bunun səbəbi ərazinin təmas xəttinə nisbətən yaxın olması və düşmənin mümkün qədər çox zərər vurmağa çalışmasıdır" - o, deyib. 
Donetsk-Mariupol avtomobil yolu DXR paytaxtını regionun cənub hissəsi ilə, həmçinin Zaporojye və Xerson vilayətləri ilə birləşdirən iki əsas marşrutdan biridir. Hər gün yüzlərlə mülki avtomobil və ictimai nəqliyyat avtomobil yolu ilə hərəkət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31