ABŞ-ın nüvə sualtı qayığı Yaxın Şərqə gəlib

ABŞ-ın Ohayo sinfinə aid strateji nüvə sualtı qayığı Yaxın Şərqə gəlib.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığı (CENTCOM) öz X (Twitter) hesabında paylaşım edib.

"Ohayo sinfinə aid nüvə sualtı qayığı ABŞ Mərkəzi Komandanlığının cavabdehlik zonasına çatıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığının cavabdehlik zonasına Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya daxildir. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31