Nepal zəlzələsi: ölənlərin sayı 140-ı keçdi
4 Noyabr 2023 22:12 DünyaNepalda baş verən zəlzələ nəticəsində azı 143 nəfər ölüb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Nepal polisinin X sosial şəbəkəsində məlumat verib.
Bildirilib ki, 160 nəfər də yaralanıb. Yerli media qeyd edir ki, dağıntıların böyük hissəsi zəlzələ nəticəsində əlaqə kəsilən ucqar dağ yaşayış məntəqələrində baş verib, ona görə də qurbanların sayı arta bilər.
Qeyd edək ki, ötən gün Hindistan-Nepal sərhədində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31