Cənubi Qafqaz Avropa üçün maraqlı bölgədir - Almaniya XİN rəhbəri

Cənubi Qafqaz Avropa üçün maraqlı bölgədir. İqtisadi əməkdaşlıqlar üçün burada perspektivlər mövcuddur.

Olaylar.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı çıxışında deyib.

"Bugün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla həmçinin Qarabağla bağlı müzakirələr apardıq. Regionda sülh olması Azərbaycanın marağındadır", - deyə nazir əlavə edib.

Qeyd edək ki, bu almaniyalı nazirin Azərbaycana ilk səfəridir. Bundan öncə Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdə olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31