Türkiyə ordusu şəhid verdi

Türkiyədə Vanın Başkale rayonunda bir əsgər şəhid olub.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbi maşın keçərkən terror təşkilatı üzvlərinin yerləşdirdiyi əl istehsalı bomba partlayıb. Hadisə nəticəsində müddətdən artıq hərbi qulluqçu Samet Bektaş ağır yaralanıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31