Rusiya dünyaya yeni sivilizasiya seçimi təklif edir - ÖZƏL
4 Noyabr 2023 16:34 Dünya"Rusiya Qərbdən fərqli olaraq dünyaya yeni sivilizasiya seçimi təklif edib və bu yolu getdikcə daha çox ölkə dəstəkləyir".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Qərbdən fərqli olaraq, Rusiya milli suverenliyin, qarşılıqlı hörmətin, bərabər tərəfdaşlığın, ənənəvi ailə dəyərlərinin, dini əsasların və dindarların hüquqlarının, habelə ümumi qəbul edilmiş əxlaq, etika və sosial normaların qorunmasına əsaslanan sivilizasiya seçimi təklif edir" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31