Qərb Rusiya yaxınlığında Ukraynaya bənzər yeni qaynar nöqtələr yaratmaq istəyir - ÖZƏL

"Qərb Rusiya yaxınlığında Ukrayna kimi başqa gərginlik nöqtələri yaratmaq niyyətindədir, lakin Moskva buna göz yummayacaq".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Qərb bizim sərhədlərimizdə Ukraynadakı kimi qaynar nöqtələr yaratmağı planlaşdırır. Rusiya özünün milli maraqları olan böyük dövlət kimi bunu diqqətlə izləyir və bu cür hərəkətlərə dözməyəcək" - o, bildirib.
Patruşev Mərkəzi Asiya və Qafqazda terror təhlükələri, rəngli inqilablar, nəzarətsiz narkotik alverinin 2002-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaradılmasını zəruri etdiyinə də diqqət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31