Rusiya 2030-2035-ci illərdə idxaldan asılılığını 15%-ə endirməlidir - ÖZƏL
4 Noyabr 2023 16:31 Dünya"2030-2035-ci illərdə Rusiya iqtisadiyyatı istehlak strukturunda idxalın payını 15%-ə qədər azaltmalıdır".
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin bildirib.
"Qeyd etdiyim rəqəmə görə, biz 2030-2035-ci illərdə hardasa istehlakımızın strukturunda idxalın iştirakının daha da azalmasının təxminən 15% səviyyəsinə çatmalıyıq" - o, bildirib.
Oreşkin həmçinin bəyan edib ki, yaxın on ildə Rusiya iqtisadiyyatının inkişafının əsas hərəkətvericilərindən birinə çevriləcək daxili turizm və texnologiya sənayesi kimi Rusiya iqtisadiyyatının sahələrinin inkişafı bu sektorun payının azalmasında mühüm rol oynayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31