Rusiya sahillərində 5 bal gücündə zəlzələ olub

Rusiyada Saxalin vilayətinin Şimali Kuril adaları yaxınlığında Sakit okeanda şənbə günü 5 bal gücündə zəlzələ baş verib.

Olaylar.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildiriblər.

"Noyabrın 4-də Saxalin vaxtı ilə saat 05:32-də 5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 80 km cənub-şərqdə yerləşib, ocağı 53 km dərinlikdə olub", - deyə qeyd olunub.

Sunami xəbərdarlığı elan edilməyib, heç kim xəsarət almayıb və dağıntı olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31