Hizbullah lideri saatyarımlıq çıxışında nədən danışıb?' - ÖZƏL
4 Noyabr 2023 09:40 DünyaHizbullah lideri saatyarımlıq çıxıçında nədən danışıb?chr("39")Özəl
Hizbullah lideri Nəsrullahın çoxdan gözlənilən çıxışı cümə günü Hizbullahın qalası sayılan Beyrutun cənub ətraflarında baş tutdu. Televiziya müraciətinə başlayan kimi Nəsrullah HƏMAS-ın 7 oktyabrda İsrailə hücumlarını "böyük uğur" kimi qiymətləndirdi. Televiziya müraciətində Nəsrullah HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı hücumlarını "böyük uğur" kimi qiymətləndirərək, bunun İsrailin "hörümçək torundan daha zəif" olduğunu üzə çıxardığını deyib, eyni zamanda o, Hizbullahın və ya İranın əməliyyatda iştirakını inkar edib.
Olaylar-ın məlumatına görə, politoloq Əlimusa İbrahim bildirilib ki, saatyarımlıq çıxışda Nəsrullahın bildirmək istədiyi əsas məqamlar aşağədakılardan ibarət olmuşdur:
: İran Əl-Əqsa Daşqını əməliyyatında "iştirak etmir"
Nəsrullah deyib ki, HƏMAS oktyabrın 7-də 1400 israillinin ölümü ilə nəticələnən əməliyyatları tam məxfilik şəraitində planlaşdırıb və hətta İran və Hizbullah kimi regionun tanınmış oyunçuları bir yana qalsın, hətta Fələstindəki digər qruplaşmalar da da bundan xəbərsiz olub.
Onun fikrincə məhz "Böyük məxfilik bu əməliyyatı çox uğurlu edib".
"Bu, Fələstin müharibəsi üçün fələstinlilərin özləri tərəfindən planlaşdırılan və həyata keçirilən 100 faizli Fələstin əməliyyatı idi, bunun heç bir beynəlxalq və regional problemlə əlaqəsi yoxdur."
Atəşkəs, əsirlərin mübadiləsi bu gün ən prioritet məsələdir
Nəsrullah Qəzzaya hücumların dayandırılmasının regional müharibənin qarşısını ala biləcəyini söylədi və İsrailin HƏMAS-ı aradan götürmək kimi ilkin hədəfinə lağ edib.
O, fələstinli məhbusların azad edilməsi qarşılığında israilli girovların azad edilməsini həyata keçirməyə çağırıb.
Region ölkələrini İsraili boykot etməyə,onunla ticarəti dayandırmağa çağırdı
O, ərəb və region ölkələrini İsrailə qarşı daha sərt mövqe tutmağa çağırdı, bu ölkənin ərzaq və neft də daxil olmaqla tam iqtisadi blokadaya alınmasını istədi.
"İsrailin Qəzzaya təcavüzünü dayandırmaq üçün ciddi çalışmaq lazımdır - onu qınamaq yetərli deyil - o bildirdi. Münasibətləri kəsin və səfirləri geri çağırın".
O, əlavə edib ki, İsrailə ixrac dayandırılmalı və ərəb dövlətləri Rəfah keçid məntəqəsini yenidən açmağa çalışmalıdırlar.
Livan-İsrail cəbhəsində bütün variantlar "masanın üstündədir", lakin Hizbullah üzərinə heç bir öhdəlik götürməyib.
Livan cəbhəsində bütün variantların açıq olduğunu deyən Nəsrullah, vəziyyətin "hər an" hərbi baxımdan gərginləşə biləcəyini, lakin Hizbullahı müharibəyə qoşulmaqdan geri çəkildiyini bildirib.
"Livan cəbhəsindəki hadisələr iki amildən : Qəzzada hadisələrin gedişi və düşmənin Livana qarşı davranışından asılıdır ", - Nəsrullah bildirib.
"Livan cəbhəmizdə bütün variantlar açıqdır .Livana hücum etmək və ya qabaqlayıcı bir əməliyyat keçirməyi düşünən düşmənə deyirik ki, bu, onun mövcudluğu üçün ən böyük axmaqlıq olardı."
O, Hizbullahın son həftələrdə misli görünməmiş transsərhəd hücumları ilə artıq "döyüşə girdiyini" vurğulayaraq, "bununla məhdudlaşmayacaqlarını" bildirib.
Ərəb ölkələri Qəzzaya müdaxilə etməmək üçün hər gün yalvarır
Hizbullah lideri çıxışında həmçinin ərəb ölkələrinin Qəzzada müharibəyə qarışmaması üçün ona hər gün yalvardıqlarını etiraf etd.
Qəzzadakı müharibədən ABŞ-ın məsuliyyət daşıdığına işarə edən Hizbullah lideri atəşkəsə mane olan tərəfin ABŞ olduğunu təsdiq etdi. Nəsrullah regional münaqişənin alovlanacağı təqdirdə ən böyük itirənin ABŞ olacağını da vurğuladı. Nəsrullah, ABŞ donanmalarının Əl-Əqsa tufanı hücumlarının ilk günündən onları bombalamaqla təhdid etdiyini bildirərək, ABŞ-ın təhdidlərinin nəticə vermədiyini bildirdi. "Aralıq dənizindəki donanmalarınız bizi qorxutmayıb və qorxutmayacaq. Bölgədə münaqişələrin genişlənməsinin qarşısını almaq istəyən hər kəs Qəzza zolağına hücumu dayandırmağa çalışmalıdır" deyib.