Ermənistanı tərk edənlərin sayı yenə artdı

İyul-sentyabr aylarında yalnız hava yolu ilə Ermənistandan gedənlər bu ölkəyə gələnlərdən daha çox olub.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Ermənistan aeroportlarının statistikasında əksini tapıb.

Bildirilib ki, yalnız hava nəqliyyatı ilə Ermənistanı tərk edənlərin sayı 3 ayda 5 min nəfər olub.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da Qarabağdan gələn ermənilərin Ermənistanda qalmadığını, artıq indiyə qədər 3 min nəfərin ölkədən getdiyini bildirmiş, onlara qalmağa çağırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31