"Bunu görəndə və televizor ekranına baxanda öz övladlarımı görürəm"
3 Noyabr 2023 20:53 Dünya"İsrail-HƏMAS münaqişəsində ikinci və ya üçüncü cəbhə açılmamalıdır".
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Blinken HƏMAS-la bağlı status-kvonun Qəzzada davam edə bilməyəcəyini bildirib.
"İsrail rəhbərliyi təkcə Qəzzada deyil, İordan çayının qərb sahilində də mülki şəxsləri qorumalıdır", - deyə Blinken qeyd edib.
Blinken Qəzzada baş verənlərə kədərləndiyini deyib:
"Mən binaların dağıntıları altından çıxarılan uşaqların, gənc oğlan və qızların şəkillərini görmüşəm. Bunu görəndə və televizor ekranına baxanda öz övladlarımı görürəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31