Zelenski onu Xüsusi Əməliyyat Qüvvələrinin komandiri təyin etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinə yeni komandir təyin edib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna liderinin saytında dərc olunmuş sərəncamda yazılıb.

"Polkovnik Sergey Konstantinoviç Lupançuk Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin edilsin", - sərəncamda qeyd olunub.

Qeyd edək ki, əvvəllər bu vəzifəni Viktor Xorenko icra edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31